Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu heyvanlara işgəncə verənlərə cərimə yazılması ilə bağlıdır.
Son dövrlərdə heyvanların kütləvi şəkildə öldürülməsi məsələsi ilə bağlı xəbərlər yayılmaqdadır.
Maraqlıdır bəs, heyvanlara rəhimsiz davranmağın cəriməsi varmı?
Məsələ ilə bağlı Lent.az-a danışan Norma hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev heyvanlarla rəhimsiz davranışın cəzaları ilə bağlı məlumatları qeyd edib.
O bildirib ki, qanunvericiliyə görə, mənzillərdə 1 it, 2 pişik saxlamaq olar.
Heyvanlarla rəhimsiz davranan, onların şikəst edilməsinə və tələf olmasına səbəb olan şəxslər 500 manat məbləğində cərimə olunurlar.
Eyni zamanda sərxoş şəxslər ev heyvanlarını gəzdirməməlidirlər. İri itlər burundaqsız və cilovsuz çölə çıxarılmamalıdır. İtlər digər insanların üzərinə hücum vəziyyətinə gətirilməməlidir.
Bu hallar müşahidə edildikdə həmin şəxslər 200 AZN məbləğində cərimə olunurlar.
Lətif İsmayılov