Heydər Əliyev prospektində şəhər istiqamətində məhdudiyyət olacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, məhdudiyyət tuneldə, Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədardır. Bununla bağlı fevralın 5-i saat 9:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu səbəbdən tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.