Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə Müdafiə nazirinin bayram təbriklərini çatdırıb. O, çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıb.
Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.
Sonra Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.
Şəxsi heyət adından çıxış edənlər Azərbaycan dövlətinə, xalqına, Ali Baş Komandana və Hərbi anda daim sədiq qalacaqlarını, bundan sonra da qarşıya qoyulan vəzifələri, verilən əmr və tapşırıqları yerinə yetirməyə hər an hazır olacaqlarını bildiriblər.

Hərbiçilərimiz Türkiyədə keçirilən komanda kursuna yola salınıb-FOTO-VİDEO
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03