Həcc ziyarəti ilə bağlı açıqlama: "BU İL ZƏVVARLAR..."
01 aprel 2021 12:35 (UTC +04:00)

Həcc ziyarəti ilə bağlı açıqlama: "BU İL ZƏVVARLAR..."

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

APA-nın əldə etdiyi məlumata görə, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı. 

# 1791
avatar

Oxşar yazılar