Hazırda Bakının bu küçələrində  sıxlıq var
21 sentyabr 2021 08:49 (UTC +04:00)

Hazırda Bakının bu küçələrində sıxlıq var

Bakının hazırda sıxlıq müşahidə olunan küçə və prospektləri açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Yusif Səfərov küçəsində Cavanşir körpüsü istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə olunur.

# 1242
avatar

Oxşar yazılar