Havanın hərarəti yüksəlir – NAZİRLİKDƏN XƏBƏRDARLIQ
10 iyul 2022 14:49 (UTC +04:00)

Havanın hərarəti yüksəlir – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Lent.az bildirir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru G.Məmmədova məlumat verib.

İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında isə iyulun  11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

# 3165
avatar

Oxşar yazılar