Hava yenidən isinir -  PROQNOZ
10 sentyabr 2021 12:57 (UTC +04:00)

Hava yenidən isinir - PROQNOZ

Sentyabrın 11-də gözlənilən hava şəraiti açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % , gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

# 9990
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar