Hava kəskin  PİSLƏŞƏCƏK   - XƏBƏRDARLIQ - YENİLƏNDİ
13 may 2022 16:51 (UTC +04:00)

Hava kəskin PİSLƏŞƏCƏK - XƏBƏRDARLIQ - YENİLƏNDİ

"Mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişəcəyi  proqnozlaşdırılır".

Lent.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda açıqlama verib.

Onun sözlərinə görə, müvafiq təşkilatlara bununla bağlı xəbərdarlıq edilib:

“Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir. Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.

***

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

Mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

# 32649
avatar

Fidan İlqar

Oxşar yazılar