Əhaliyə şad xəbər: ÇİMƏRLİKLƏR HAZIRDIR
12 iyun 2020 15:28 (UTC +04:00)

Əhaliyə şad xəbər: ÇİMƏRLİKLƏR HAZIRDIR

Paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Məlumatda qeyd olunub ki, keçən il paytaxt sakinləri, eləcə də  çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılıb.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilib. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.

Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, əlavə işlər görülüb.

İDEA İctimai Birliyi tərəfindən yaradılan bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılmış, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılıb.

Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı  vətəndaşlara xəbərdarlıq edilir.

Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilirb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12178
avatar

Aygün İbrahimli

Oxşar yazılar