Gəncəyə  leysan yağdı:   İki qəsəbəyə sel gəldi -  FOTO
02 iyul 2022 19:35 (UTC +04:00)

Gəncəyə leysan yağdı: İki qəsəbəyə sel gəldi - FOTO

Gəncədə güclü yağış fəsadlar törədib.

Lent.az-ın APA -ya istinadla məlumatına görə, bu gün axşam saatlarında yağan leysan yağışdan sonra şəhərin bəzi hissələrinə, həmçinin Sadıllı və Məhsəti Gəncəvi qəsəbəsinə sel gəlib. Sel suları küçələrdə bir sıra çətinliklər yaradıb, avtomobillərin hərəkətinə təsir edib.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

# 5877
avatar

Oxşar yazılar