2020-ci il Gəncə terrorunda yaralanan 5 yaşlı Bəxtiyarın yeni fotosu yayılıb.
Lent.az xəbər verir ki, balaca Bəxtiyarın yeni şəklini "Azad Azərbaycan" televiziyasının əməkdaşı Səadət Məmmədova paylaşıb. Onun yeni fotosu görənlərin marağına səbəb olub.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Ermənistan Silahlı Qüvvələri Gəncənin Ələkbər bəy Rəfibəyli küçəsində yaşayış binasına raket zərbəsi endirdilər. Nəticədə 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı.
Faciə yerindən dünyaya terrorla bağlı görüntülər yayıldığı vaxtda sifəti qan içində olan 5 yaşlı balaca Bəxtiyarın təbəssümü gündəm oldu.
Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli artıq 7 yaşındadır.