"Bakıda keçiriləcək “Formula 1” yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq".
Bu barədə Lent.az-a Bakı şəhər Halqasından (BŞH) məlumat verilib.
Bildirilib ki, bu il koronavirus pandemiyası ilə bağlı əyləncə zonası “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac yoxdur.
Xatırladaq ki, "Formula 1” Qran Prisinin 2021-ci il iyunun 4-6-da keçirilməsi nəzərdə tutulur.