Fitrə yalnız bu insanlara verilməlidir – ŞƏRTLƏR AÇIQLANDI 
20 aprel 2023 15:00 (UTC +04:00)

Fitrə yalnız bu insanlara verilməlidir – ŞƏRTLƏR AÇIQLANDI 

Bu gün ilin sonuncu Ramazan günüdür. Evlərdə bu gün sonuncu dəfə iftar süfrəsi açılacaq. Orucun mühüm əməllərindən biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

Burada maraqlısı isə, bu fitrələrin hansı ailələrə verilməsidir. Fitrə-zəkat kimlərə düşür? Ümumiyyətlə, necə etmək lazımdır ki, fitrə verilən şəxs də bundan utanmasın?

Məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev Lent.az-a açıqlama verib. 

Onun sözlərinə görə, fitrə yalnız yoxsul şəxslərə verilir:

“Yəni özünün və ailəsinin gündəlik dolanışığını təmin edə bilməyən şəxslərə verilməlidir. Yaxşı olar ki, qohumlar yadlardan, qonşular da uzaqda olanlardan önə salınsın. Həmçinin elm və iman əhlini digərlərindən üstün tutulsun və fitrə onlara verilsin.

Fitrəni verərkən verilən tərəfin şəxsiyyəti nəzərə alınsın və onları utandıracaq şəkildə ödənməsin. Amma fitrəni ödəyərkən niyyət etmək lazımdır. Çünki fitrə Allahın razılığını qazanmaq üçün verilir. Ən əsas məsələ isə fitrəni günaha xərcləyən şəxslərə vermək olmaz”.

İbrahim Quliyev: “İndiki şəraitdə hansısa dini ayini məscidlərdə icra etmək  yolverilməzdir” | 1news.az | Xəbərlər

Qeyd edək ki, özünün və ailəsinin illik qazancını təmin edə bilməyən və təmin etmək üçün işi, qazancı, ticarəti də olmayan fəqirdir və fitrə zəkatı ona vacib deyil. Əgər ailədə bir nəfərin fitrəsini çıxarmağa imkan çatırsa, qalanlarının fitrəsini çıxarmağa imkanı olmasa, özünün fitrəsini çıxarıb həyat yoldaşına versin. Həyat yoldaşı da ondan alıb uşağına və beləcə bir ailədə onu bir-birinə ötürdükdən sonra axırda onu aparıb müstəhəqqə (fitrə düşənə) çatdırmaq olar.

Əgər bir şəxsin heç imkanı çatmırsa, ona fitrə zəkatı vacib deyil. Hər neçə nəfər üçün imkan olarsa, onlar üçün verməsi yaxşıdır. Çünki insanın bu əməli onun sağlamlığına və ruhuna çox böyük müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7530
avatar

Fidan İlqar

Oxşar yazılar