“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuraya seçki keçirilib.
FHN-dən Lent.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov iştirak edib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 15 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 41 təmsilçidən 27 təmsilçi iştirak edib.
Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət aşağıdakı tərkibi seçilib:
Abbasova Vəfa Zahid qızı |
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini |
Abışova Vüsalə Mahir qızı |
“Azəri-Press Agentliyi” MMC-nin baş direktoru |
Cürənov Ramiz Mikayıl oğlu |
“RƏVAN” Gəncliyə Dəstək İctimai Birliyinin sədri |
Ədilzadə Ədil Tahir oğlu |
“Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri |
Fərzəliyev Sahib Abduləli oğlu |
Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri |
Hacızadə Fuad Mahmud oğlu |
Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən |
Həbibov Fəxrəddin Həsən oğlu |
Beynəlxalq Akademiyanın Azərbaycan bölməsinin müxbir üzvü |
Həsənli Emin Əliyar oğlu |
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri |
İsmayılov Mehman Heydər oğlu |
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri |
Kazımov Aqil Qədim oğlu |
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin idarə heyətinin üzvü |
Kəngərli İlkin Tələt oğlu |
“Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyində icraçı direktor vəzifəsini icra edən |
Qonaqov Rufiz Rəhim oğlu |
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri |
Mirələmli Pərviz Atamalı oğlu |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri |
Mərdanov İlham İldırım oğlu |
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin qan donoru vəzifəsini icra edən |
Rəhimli Davud Səid oğlu |
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti |