FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO
06 fevral 2023 21:15 (UTC +04:00)

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq.

Lent.az FHN-ə istinadən xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

Təyyarələrin sabah səhər yola salınması üçün hazırlıq işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2290

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08