FHN-in İdman-sağlamlıq klubunda Zəfər Gününə həsr olunmuş tədbir - FOTO
05 noyabr 2022 12:38 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunda Zəfər Gününə həsr olunmuş tədbir - FOTO

Noyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, klubun rəis müavinləri və əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli 

Musayev sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsindən bəhs edib. O, qeyd edib ki, Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Xalqımızın ulu öndəri Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, qüdrətli Ordumuzun şücaəti sayəsində Azərbaycan 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə hər birimiz qürur duyuruq.

Daha sonra 44 günlük vətən müharibəsindəki tarixi Zəfərdən bəhs edən sənədli film nümayiş olunub.

# 1710
avatar

Oxşar yazılar