FHN-in əməkdaşı Azərbaycan çempionu oldu
17 iyun 2021 11:15 (UTC +04:00)

FHN-in əməkdaşı Azərbaycan çempionu oldu

 

İyunun 12-14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Lent.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda Rövşən Xəlilov 80 kq çəki dərəcəsində “Stronqmen” idman növü üzrə “Log lift, Deadlift” (340 kq rekord ) və 2 tondan çox ağırlığı olan maşınıdartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qələbəsini hərbi salam ilə qeyd edərək bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

İyunun 17-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib və idmançı qiymətli hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı, 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır.

# 1716
avatar

Oxşar yazılar