"Fazil Mustafa İrandan təhdid mesajları alırdı" - AÇIQLAMA
30 mart 2023 10:41 (UTC +04:00)

"Fazil Mustafa İrandan təhdid mesajları alırdı" - AÇIQLAMA

“Fazil Mustafa yaxın saatlardan sonra telefon zənglərinə özü cavab verəcək". Jurnalistlərin müəyyən suallarını cavablandıracaq”.

Bu barədə Lent.az-a ötən gün güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.

O, istintaqın davam etdiyini və çox yaxın müddətdə ictimaiyyətə bununla bağlı məlumat veriləcəyini bildirib:

“İstintaq prosesi aparılır. Bu dövlətin diqqətində olan məsələdir. Çox qısa müddətdə ictimaiyyətə istintaqla bağlı məlumat veriləcək. Fazil bəyin sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Hər şey qaydasındadır. Növbəti əməliyyat gözlənilmir. Hələ ki, evə buraxılacağı tarix bəlli deyil”.

Ə.Əliyev son zamanlar Fazil Mustafanın təhdid mesajları aldığını açıqlayıb:

“Fazil bəyə qarşı kifayət qədər təhdidlər olmuşdu. Ölkə daxilində olan müəyyən qruplar, fərdlər var idi ki, onlar da kimlərin əlində oyuncaq olduğunu bilirik. Bu dəqiqə təcavüzkar planları ilə Azərbaycanı təhdid edən təbii ki, İrandır. Fazil Mustafa da elə İran tərəfdən təhdidlər alırdı. “Fazil Mustafa ölməlidi, güllələnməlidi” kimi təhdidlər alırdıq. Bu hadisə sifarişli və hazırlanmış hadisədir”.

# 4443
avatar

Fidan İlqar

Oxşar yazılar