Ətləri natəmiz sularla yuyan QƏSSABXANA AŞKARLANDI  - FOTO
10 may 2021 14:02 (UTC +04:00)

Ətləri natəmiz sularla yuyan QƏSSABXANA AŞKARLANDI - FOTO

Göyçayda polis və AQTA əməkdaşlarının birgə iştirakı ilə monitorinq keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının birgə iştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2501

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47