Əsgər valideynlərinə müraciət:   Hərbi hissələrə gəlməyin - SƏBƏB
05 fevral 2022 08:58 (UTC +04:00)

Əsgər valideynlərinə müraciət: Hərbi hissələrə gəlməyin - SƏBƏB

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməmək tövsiyə edilib.

Vətəndaşlara orduda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırı. edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar