Ermənilər Cəbrayılda məzarlığı dağıdıb meyitlərin qızıl dişlərini söküblər - FOTO
06 noyabr 2021 15:30 (UTC +04:00)

Ermənilər Cəbrayılda məzarlığı dağıdıb meyitlərin qızıl dişlərini söküblər - FOTO

Ermənilər işğal altında saxladıqları ərazilərdə azərbaycanlıların basdırıldığı məzarlığı qazıb, meyitlərin qızıl dişlərini söküblər.

APA-nın Qarabağ bürosunun Cəbrayıl rayonu Şahvəlli kənd inzibati ərazi vahidliyinin tabeliyində olan Niyazqulular kəndində apardığı çəkiliş zamanı ermənilərin məzarlıqda olan mərmər baş və sinə daşlarını söküb daşıdığı, məzarları qazaraq meyitlərə qarşı vandallıq əməlləri törətdiyi məlum olub.

Məzarların texnika ilə qazıldığı da açıq-aydın bilinir.

Niyazqulular kəndi və kənd məzarlığı tamamilə dağıdılıb. İnsan sümükləri qəbirdən çıxarılaraq ətrafa səpələnib. Meyitlərdən birinin baş sümüklərinə baxış zamanı məlum olub ki, erməni vandalları ağızdakı qızıl dişləri söküb, metal dişlərə isə toxunmayıb.

Bu fakt ermənilərin Azərbaycana, onun vətəndaşlarına qarşı törətdiyi vəhşiliyin daha bir sübutudur.

Qeyd edək ki, Cəbrayıl rayonunun Niyazqulular kəndi 1993-cü il avqustun 23-də erməni hərbçilərin nəzarətinə keçib. 27 il ermənilərin işğalında olan kənd tamamilə talan olunduqdan sonra xarabalığa çevrilib. Bütün evləri, inzibati binaları uçurub, yerlə yekdan edilib.

Cəbrayıl rayonun Niyazqulular kəndi 2020-ci il oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı sayəsində erməni işğalından azad olub.

# 2589
avatar

Oxşar yazılar