"Hazırda Elm və Təhsil Nazirliyinin nəzdində 3 dövlət agentliyinin qurulması üzrə işlər aparırıq".
Lent.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, nəzərdə tutduğumuz 3 agentliyin sənədləri hazırdır:
“Hazırda bununla bağlı aiddiyyəti qurumlarla razılaşma prosesindəyik. Ümid edirik ki, ilin sonuna qədər bu işləe yekunlaşacaq. Növbəti ildən yeni strukturla fəaliyyətə davam edəcəyik”.