Yazıçı Əlisa Nicatın mənzilinin istilik problemi təmin edilib.
Lent.az xəbər verir ki, bu barədə şair Mikayıl Bozalqanlı sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, təminat Bakı Alman Dili Mərkəzinin maliyyə yardımı ilə yerinə yetirilib:
“Yəni, hər ay üçün 70 manat əvvəlcədən ödənildi. Yazıçı Əlisa Nicata kiçik kollektivimiz adında can sağlığı arzulayırıq. Qoy ziyalımız bütün qışı qazdan ürəyi istədiyi kimi istifadə etsin”.
Xatırladaq ki, hazırki soyuq havada yazıçı Əlisa Nicatın maddi durum səbəbilə mənzilində qaz yandırmaması sosial şəbəkənin gündəminə çevirilib.