Keçmiş səhiyyə naziri, Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov şadlıq sarayına buraxılmayıb.
Lent.az-ın məlumatına görə, partiya sədri Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayına toya gedib.
Şadlıq sarayının nümayəndələri toya gələn qonaqların COVID pasportlarını yoxladığı zaman onun peyvənd sertifikatının olmadığı ortaya çıxıb.
Bu səbəblə də Əli İnsanov toya buraxılmayıb.