Elə müəllimlər var ki, ibtidai sözünü "iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır.
Lent.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
Nazir bunun səbəbini də izah edib:
"Ona görə həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın. Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək".