Elçin Quliyev mərhum jurnalistin övladları ilə GÖRÜŞDÜ  - FOTO
19 iyun 2021 04:43 (UTC +04:00)

Elçin Quliyev mərhum jurnalistin övladları ilə GÖRÜŞDÜ - FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərhum jurnalist Rəşad Süleymanovun övladları ilə görüşüb.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Mübariz Aslanov özünün feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "DSX rəisi general Elçin Quliyev həmkəramız, rəhmətlik Rəşad Süleymanovun övladları ilə görüşüb. Rəşad hərbi sahədə əvəzedilməz jurnalist idi".

Xatırladaq ki, tanınmış jurnalist, “AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov ötən ilin dekabrında koronavirusdan vəfat edib. 

# 1722
avatar

Oxşar yazılar