Ekspress testlərlə PCR-testlər arasındakı fərq nədir?
17 fevral 2022 13:06 (UTC +04:00)

Ekspress testlərlə PCR-testlər arasındakı fərq nədir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu Ekspress testlərlə PCR-testlər arasındakı fərqlə bağlıdır.

“Anticisimlər (antigenlər), orqanizmə xarici mühitdən düşmüş istənilən yan cismə qarşı (bakteriya, virus, göbələk və s.) zamanla bədəndə yaranan “tanıdıcı” hissəciklərdir. Bu hissəciklər həmin “yad cisimləri” məhv edən immun sisteminin qoruyucu reaksiyalarından sonra yaranır və uzun müddət (bəzən isə ömürlük) “yaddaş-müdafiə” hissəcikləri kimi orqanizmdə qalmaqda davam edir. COVID-19 virusuna qarşı məhz həmin anticisimlər orqanizmdə maksimum 6 aya qədər qala bilir, sonra isə immun sistemi həmin virusları unutduğundan, orqanizm müdafiəsiz qalır. Anticisimlər ən azı iki həftədən sonra qanda aşkar edildiyindən, COVID-19 virusu tez aşkar etmək üçün bu optimal üsul hesab edilmir”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.

Maraqlıdır bəs, Ekspress testlərlə PCR-testlər arasındakı fərq nədir?

Rubrikamızın bu sualını elə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov cavab verib.

O bildirib ki, PCR isə eskpress testlərdən fərqli olaraq istənilən bioloji materialdan həyata keçirilə bilər: 

“Bu zaman PCR test virusun genetik materialını tanıyır və ona görə də ən tez yoluxma zamanında belə ona qarşı həssaslıq göstərir. Bunun üçün virusun az miqdarı belə kifayət edir. PCR reaksiyası nəticəsində virusun genetik materialı dəfələrlə polimeraz reaksiyası sayəsində çoxalır və test onu asanlıqla görə bilir. Buna görə də PCR testi ən həssas metod hesab edilir.

Ekspress və ya “rapid testlər” PCR testlərdən fərqli olaraq əsasən qandan edilir. Bu zaman qanda araşdırılan virusa yoluxub-yoluxmamağı və ya nə zamansa yoluxmanın olduğunu təyin edən, qanda mövcud olan (və ya nə zamansa mövcud olmuş) anticisimlər kömək olur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Fidan İlqar

Oxşar yazılar