Ekspertdən ŞOK AÇIQLAMA:  2023-cü ildə 80 min şagird 11-ci sinfi  BİTİRƏ BİLMƏYƏCƏK
19 dekabr 2022 17:28 (UTC +04:00)

Ekspertdən ŞOK AÇIQLAMA: 2023-cü ildə 80 min şagird 11-ci sinfi BİTİRƏ BİLMƏYƏCƏK

Uşaqların təhsildən yayınma vaxtaşırı ölkə gündəmini zəbt edir. Bir neçə gün bundan öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin iclasında bu problemi yenidən gündəmə gətirib. 

O, iclasdakı çıxışı zamanı Elm və Təhsil Nazirliyindən bu problemi araşdırmağı tələb edib:

“Təhsildən yayınma halları tək qızlara yox, oğlanlara da aiddir. Birinci sinfə qəbul olan uşaqların sayı ilə XI sinfi bitirən uşaqların arasında fərq çoxdur. Bunu aidiyyəti qurum araşdırmalıdır. Ümumiyyətlə, bu hesabat Milli Məclisdə təqdim olunandan sonra hər qurum özünə aid problemi araşdırmalıdır”.

Maraqlıdır, təhsildən yayınanlarının sayının bu qədər artmasının səbəbi nədir?

Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov son ilin göstəricilərinə əsaslanaraq 80 min şagirdin 11-ci sinfi bitirməyəcəyini deyib:

“İlk növbədə qeyd edim ki, hazırda 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Biz rəqəmləri müqayisə edəndə görürük ki, birincilərlə onbirincilər arasında ciddi say fərqi var. Məsələn, bu il 11-ci sinfi bitirən şagirdlərin birinci sinfə getdiyi vaxta nəzər salsaq, görərik ki, həmin il 165 min uşaq məktəbə başlayıb. Amma bu il orta məktəbləri ümumi 85 min uşaq bitirəcək. Həqiqətən də ciddi - 50-60 faiz azalma var. Təkcə 9-cu sinifdə şagirdlərin sayı 130 minə düşür.

Bu təbii ki, xoş deyil. Rəqəmlərin getdikcə daha da aşağı enməsinin bir neçə səbəbi var. Şagirdlərdən bir qismi 9-cu sinifdən orta ixtisas təhsil müəssisələrinə gedirlər. Onların sayı 15 minə qədərdir. Yerdə qalanlarından bir qismi isə valideynlərinin yanında təsərrüfata kömək edirlər”. 

Onun sözlərinə görə, azalmanın ən qorxulu səbəbi qızların nikaha cəlb edilərək zəif mütəxəssis olaraq əmək bazarına daxil olmasıdır:

“Digər ciddi faktor erkən yaşda nikaha cəlb edilmədir. Son illərin rəqəmlərində 15-19 yaşlılar arasında 40 minə yaxın abort halları ilə bağlı rəsmi məlumat var. 

Təhsildən yayınmanı müqayisə etsək, oğlanlar daha çox ev təsərrüfatında işləyirlər və ya hərbi xidmətə gedirlər. Amma qızların böyük əksəriyyəti, çox təəssüf ki, 9-cu sinifdən sonra ya orta ixtisas müəssisəsinə daxil olur, ya da erkən nikaha cəlb edilir. Bu, yolverilməzdir. Həmin qızın gələcək sağlamlığı təhlükə altına düşür. Həm də zəif mütəxəssis olaraq əmək bazarına daxil olurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4941
avatar

Fidan İlqar

Oxşar yazılar