Əks göstəriş sertifikatını əldə etmək  QAYDASI
02 sentyabr 2021 11:56 (UTC +04:00)

Əks göstəriş sertifikatını əldə etmək QAYDASI

Əks göstəriş sertifikatı ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir:

"Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər".

# 2679
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar