Əks-göstəriş sertifikatı almaq üçün hansı sənədlər lazımdır? -  RƏSMİ CAVAB
10 sentyabr 2021 13:51 (UTC +04:00)

Əks-göstəriş sertifikatı almaq üçün hansı sənədlər lazımdır? - RƏSMİ CAVAB

"Əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər".

Lent.az məlumat verir ki, bu sözləri 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova deyib. O bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər:

19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova

"Mütəxəssislər həmin göstəricilərə baxırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədlərini Xüsusi Komissiyaya göndərilir.

Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər. Peyvəndin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər. Peyvəndin  birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gələrsə, bununla bağlı məlumatlar sənədləşdirilir. Növbəti peyvəndin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin peyvəndə qarşı kəskin allergiyası yarandı.

Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur".

 

# 3348
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar