“Əbu-Bəkr məscidi” ilə bağlı YENİ AÇIQLAMA
01 fevral 2022 09:45 (UTC +04:00)

“Əbu-Bəkr məscidi” ilə bağlı YENİ AÇIQLAMA

Nərimanov rayonu, Ü.Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən “Əbu-Bəkr məscidi” kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)bildirilib.

Qeyd olunub ki, BŞİH-nin qurumları tərəfindən burada təmir işlərinə başlanılıb: “Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yeni layihə əsasında işlər aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4227
avatar

Oxşar yazılar