Sovet kosmonavtı Vladimir Şatalov 94 yaşında ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 2016-cı ildən bəri, amerikalı astronavt Con Qlennanın ölümündən sonra, Şatalov kosmosa uçan dünyanın ən yaşlı iştirakçısı idi.
Şatalov 1927-ci il dekabrın 7-də anadan olub. Böyük Vətən Müharibəsi dövründə gələcək kosmonavt Qatçində müdafiə istehkamlarının tikintisində iştirak edib.
1949-cu ildə Kaçın Hərbi Aviasiya Pilotlar Məktəbini, 1956-cı ildə Hava Qüvvələri Akademiyasını bitirib.
O, kosmosa ilk dəfə 1969-cu il yanvarın 14-də “Soyuz-4” gəmisi ilə uçub.