Dönək, dönməyək? – Bakının təzadlı YOL NİŞANLARI 
19 oktyabr 2023 14:35 (UTC +04:00)

Dönək, dönməyək? – Bakının təzadlı YOL NİŞANLARI 

Bəzən yol kənarında quraşdırılan elə “yol nişanları” olur ki, sürücülər hansı məna daşıdığını anlamır. Əslində burada sürücüləri də qınamaq olmaz. Çünki bu “nişanların” nə yola aidiyyəti var, nə də hansısa kitabda, qanunda bu barədə yazılıb. Amma buna baxmayaraq sürücülər bu yol nişanlarına görə cərimə olunurlar.

Maraqlıdır, Bakıda təzadlı yol nişanları qalmaqda davam edirmi?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı nişanlarla nişanlanma xətti arasında ziddiyyətlərin olduğunu deyib:

“Bölgələrdə keçmiş zamanlardan qalma yol nişanları olur. Amma paytaxt küçələrdə qanunda olmayan nişanlar yoxdur. Mənim rastıma çıxmayıb. 

Belə təzadlı yol nişanı bir dəfə Mərkəzi Klinikanın qarşısında vardı. Hospital işarəsi bir az fərqli formada qoyulmuşdu. O məsələ ictimailəşdirildikdən sonra dərhal həllini tapdı. 

Amma sürücüləri çaşdıran yol nişanları, nişanlanma xətləri olur. Bu da narahatlığa səbəb olur. Nişanlarla, nişanlanma xətləri arasında ziddiyyət yaranır. Məsələn, nişan göstərir ki, hansısa küçədən sağa dönmək olar. Amma nişanlanma xətti yalnız düzünə getməyi göstərir.

Və yaxud giriş qadağandır nişanı var. Amma yerdəki nişanlanma xətti girişə icazə olduğunu göstərir”. 

Ekspertin sözlərinə görə, bu çaşqınlığa səbəb hərəkətin təşkilində bir neçə qurumun tənzimləməsidir:

“Bu baxımdan insanlar çaş-baş qalır ki, hansı düz və ya səhvdir. Hərəkətin təşkili ilə məşğul olanlar bunu düzgün tənzimləmir, nəzarət etmirlər. Və ya hərəkəti bir neçə qurum tənzimləyəndə belə olur. Biri deyir olar, biri deyir olmaz. Bu yanlışlıqları ərazidə xidmət edən yol polisi və ya Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları dərhal qeydə almalı, aidiyyəti üzrə yönləndirilməlidilər”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7359
avatar

Fidan İlqar

Oxşar yazılar