Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2021-ci ilin yanvar-mart aylarında 29484 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 təşkil edib. Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız
uşaqlarıdır.
Körpələrdən 708-i əkiz, 21-i isə üçəm doğulanlardır.