Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır
05 fevral 2022 18:57 (UTC +04:00)

Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır

0

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

"Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2663

Oxşar yazılar