Şirvan məktəbində direktor  dərsi kabinetində  keçir - "Lövhə belə yoxdur" - İDDİA
08 oktyabr 2026 12:25 (UTC +04:00)

Şirvan məktəbində direktor dərsi kabinetində keçir - "Lövhə belə yoxdur" - İDDİA

0

Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şivan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir. 

Valideyn qeyd edir ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir. 

"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə, valideyn bildirir. 

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar