İyulun 9-dan 162 saylı marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 saylı müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.