DİQQƏT!  Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
21 iyul 2022 11:43 (UTC +04:00)

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

# 1938
avatar

Oxşar yazılar