DİN-dən sabiq polis rəisi barədə ittihamlara CAVAB
30 iyul 2022 11:05 (UTC +04:00)

DİN-dən sabiq polis rəisi barədə ittihamlara CAVAB

2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir.

Lent.az xəbər verir ki, bununla əlaqədar mətbuatın sorğusunu cavablandıran DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir. 

E.Zahidovun sözlərinə görə, hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır: 

"Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.

Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Onun hazırda təqaüddə olmasına baxmayaraq bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Fidan İlqar

Oxşar yazılar