DİN buna görə təşəkkür etdi
02 iyul 2023 17:01 (UTC +04:00)

DİN buna görə təşəkkür etdi

Bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənməyib.

Bu barədə Lent.az-a  Daxili İşlər Nazirliyindən xəbər verilib.

“Odur ki bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, - deyə qeyd edilib.

Qeyd edək ki, bir qrup müxalif fəal Gədəbəyin Söyüdlü kəndində aksiyaya dəstək məqsədilə bu gün saat 15.00-da Fəvvarələr meydanında aksiya keçirilməsi üçün çağırış etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Oxşar yazılar