DİM-in 29 yaşlı əməkdaşı koronavirusdan vəfat etdi
10 sentyabr 2021 11:03 (UTC +04:00)

DİM-in 29 yaşlı əməkdaşı koronavirusdan vəfat etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı olan 29 yaşlı Zəhra Qarayeva koronavirus səbəbindən vəfat edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu barədə Lent.az-a bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

"Daha əvvəl hər iki doza peyvənd olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib.

Allah yaxınlarına səbir versin. Allah rəhmət eləsin".

# 1926
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar