Dilan Polatın köməkçisi polisə getdi - SƏBƏB
24 noyabr 2023 13:26 (UTC +04:00)

Dilan Polatın köməkçisi polisə getdi - SƏBƏB

Türkiyəli fenomen Dilan və Engin Polatın həbsindən sonra ən çox maraq doğuran mövzulardan biri də onların köməkçisi Şulədir. Bəzi iddialara görə, cütlüyün qanunsuz işləri haqqında polisə məhz Şulə məlumat verib. Belə ki, baş verən hadisələrdən sonra Şulə yoxa çıxmışdı. Bu da iddiaları daha da gücləndirdi. Ancaq o, sonradan ortaya çıxaraq şəxsi “Tik-tok” hesabında məsələ ilə bağlı verilən sualları cavablandırdı.

Lent.az xəbər verir ki, dünən Şulə müdiri Dilan Polatın geyimlərini geyinərək İstanbuldakı ticarət mərkəzlərinin birində gəzərkən görüntülənib. Onun bu hərəkəti sosial şəbəkələrdə viral olub. 

Şulə Dilan Polatın köhnə paltarlarını ona bağışladığını bildirərək şəxsi həyatına müdaxilə edərək, onun videosunu və şəkillərini çəkən şəxsləri polisə şikayət edib. Şulə haqsız yerə ittiham olunduğunu iddia edib.
İstanbul Baş Prokurorluğunda hadisə ilə bağlı araşdırma başladılıb.

# 1776
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar