"Dərs vaxtı"nda "Nizami dərsləri" -  VİDEO
13 yanvar 2021 15:02 (UTC +04:00)

"Dərs vaxtı"nda "Nizami dərsləri" - VİDEO

Növbəti həftədən "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Nizami Gəncəvi ili" ilə əlaqədar yayımı nəzərdə tutulan "Nizami dərsləri" çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.

Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır. 

 

# 2148
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar