Dərmanlarda əks təsirlər olursa, məsuliyyət kimindir?  - CAVAB
11 oktyabr 2022 17:44 (UTC +04:00)

Dərmanlarda əks təsirlər olursa, məsuliyyət kimindir? - CAVAB

İnsanın sağlamlığı onun öz əlindədir. Bəzən səhhətimizdə yaranan problemlərə görə, həkimlərin yazdığı dərman vasitələrini qəbul etməyə məcbur oluruq. Əksər insanlar isə dərmanları “necə gəldi” qəbul edir. Nəticədə dərmanlar lazımi effekti vermir. Bunlarla yanaşı, düzgün qəbul edilməsinə baxmayaraq, təsiri olmayan dərmanlarla da qarşılaşırıq. 

Maraqlıdır, dərmanların əlavə təsirləri hansıdır? Bu təsirlər niyə olur? 

Farmakoloq Aydın Əliyev Lent.az-a bildirib ki, irsdən, gendən asılı olaraq dərmanlar insanlara fərqli təsir edə bilər:

“Artıq insanların sağlamlığında dərmanların əhəmiyyətli təsirləri azalır. Düzdür, dərmanların əlavə təsirləri çoxdur. Amma bunlara mənfi təsir kimi yanaşmaq olmaz. Çünki dərmanların həm mənfi, həm də müsbət təsirləri olur.  

Dərmanların əlavə təsirlərdən biri onların toplanması(kumulasiya)dır. Kumulasiya hadisəsi baş verdikdə dərmanın təsir gücü artır. Əgər bu bədəndən vaxtında xaric olunmazsa, toksiki effekt verə bilər. Bundan başqa, əlavə təsirlər sırasında tez uyğunlaşma, dərman asılılığı, allergik reaksiya, bədxassəli şiş ola bilər. Amma qeyd edim ki, bu təsirlər hər insanda eyni olmur. Şəxsə görə təsirlər dəyişir. İrsdən, gendən asılı olaraq dərmanlar insanlarda fərqli-fərqli təsir edə bilər. Həkimlər bir dərman yazanda onun əsas xassələrini bilməlidir. 

“Dərmanın təsiri yoxdur” fikri düzgün deyil. Həmişə demişəm ki, dərman canlıdır. Çünki ayrı-ayrı kimyəvi maddələrdən ibarətdir. Dərmanın o zaman təsiri olmaz ki, vaxtı keçər, tərkibi dəyişilər". 

Bəs, məsələnin hüquqi tərəfi necədir?

Hüquqşünas Çingiz Qənizadə məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, firma dərmanları alan aptek sahibləri heç bir məsuliyyət daşımır:

“Əgər aptek sahibi dərmanları firmalardan alırsa, onun təsirsiz olması ilə bağlı heç bir məsuliyyət daşımır. Çünki firma həblərinin hamısı dövlət tərəfindən nəzarətdən keçirilir. Həmin dərmanların yararlılığı dövlətin üzərinə düşür. Dərmanlar üçün aptek satıcılarını günahlandırmaq başa düşülən deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Fidan İlqar

Oxşar yazılar