“Dəmir ledi” Tetçerin görmək istədiyi  məşhur azərbaycanlı   kim idi?
27 fevral 2023 18:57 (UTC +04:00)

“Dəmir ledi” Tetçerin görmək istədiyi məşhur azərbaycanlı kim idi?

Lent.az "Bizim adamlar" adlı rubrikasında dünyanın ən məşhur adamlarının diqqətini çəkmiş, hörmətini qazanmış azərbaycanlılar barəsində məlumat verəcək. İlk söhbət futbol hakimi Tofiq Bəhramov barədədir.

Böyük Britaniyanın sayca 71-ci baş naziri olmuş “Dəmir ledi” 1992-ci il sentyabrın 7-8-də Bakıda qeyri-rəsmi səfərdə olub. Marqaret Tetçer həmin vaxt baş nazir deyildi. Səfər zamanı “Dəmir ledi”nin şərəfinə “Gülüstan” sarayında ziyafət təşkil edilib.

Lent.az-ın məlumatına görə, Marqaret Tetçer həmin ziyafətdə dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovu da görmək istəyib. Həmin vaxt indiki İdman Akademiyasında dərs deyən keçmiş hakim işini buraxıb böyük siyasətçinin görüşünə tələsir.

Marqaret Tetçer Tofiq Bəhramovun adını 1966-cı ildəki hadisələrdən xatırlayırmış.

1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununda yan xətt hakimi kimi Tofiq Bəhramov idi və mübahisəli qolu məhz o təsdiq edib. Bu qolla İngiltərə komandası qalib seçilib və ingilislərə komandasının azarkeşlərinin Bəhramova böyük simpatiyası yaranıb.

"Gülüstan" sarayında ziyafət zamanı Milli Məclisin sədri olan İsa Qəmbər Tofiq Bəhramovu Tetçerə belə təqdim edib.

“Bu insanın fiti olmasaydı, ingilislər 1966-cı ildə “Qızıl ilahə”ni görməzdi”.

Marqaret Tetçer gülümsəyərək Tofiq Bəhramovun əlini sıxıb və deyib: “Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!".

Bu xatirə “Dəmir ledi”nin oğlunun anası ilə bağlı xatirələrində də yer alıb.

Qeyd edək ki, 1966-cı ildəki həmin məşhur oyundan sonra Tofiq Bəhramov kraliça II Yelizavatanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5862
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar