Daha iki universitetdə koronavirusa YOLUXMA  aşkarlandı
18 oktyabr 2021 17:38 (UTC +04:00)

Daha iki universitetdə koronavirusa YOLUXMA aşkarlandı

Azərbaycan Tibb Universiteti (ATU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində (ADNSU) də koronavirusa yoluxma halları aşkar edilib.

ATU-nun mətbuat katibi Günel Aslanova Lent.az-a bununla bağlı bildirib ki, 5 tələbədə koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün sözügedən qruplarda təhsil 14 günlük distant olaraq davam edəcək.

ADNSU-nun mətbuat katibi Bəhruz Nəzərov da Lent.az-a bildirib ki, universitetin "SABAH" qrupunda magistratura təhsili alan 1 tələbədə koronavirus aşkarlanıb. Buna görə də sözügedən qruplar dərslərin distant formaya keçirilməsi qərara alınıb.

Xatırladaq ki, bu gün Azərbaycan Texniki Universitetində, eləcə də Bakı Dövlət Universitetində koronavirusa yoluxma səbəbindən bir neçə qrupda distant təhsilə keçid edilib.

# 2910
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar