Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova işdən çıxıb.
Lent.az xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında məlumat verib. Qurumun sabiq mətbuat katibi, bundan sonrakı fəaliyyətinə Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyini də qeyd edib.