Daha bir neçə restoran CƏRİMƏLƏNDİ
14 iyul 2021 17:37 (UTC +04:00)

Daha bir neçə restoran CƏRİMƏLƏNDİ

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində iyulun 13-də ölkə üzrə 382 ictimai iaşə obyektində 654 monitorinq keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 6 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu,‎ Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Cəfərov Rüfət Əzim oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal ‎rayonu, Zərdabi 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Atlantis” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1M m 1 ünvanında yerləşən, fiziki şəxs Rəhimova Güllübəyim Taleh qızına məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus “Pivbar Baku” kafesi;

6. Göyçay rayonu, Cəyirli kəndində yerləşən, fiziki şəxs Orucov Natiq Əlinazim oğluna məxsus kafe;

7. Tərtər rayonu, Sahil küçəsində yerləşən, fiziki şəxs Zeynalov Surxay Bəylər oğluna məxsus kafe.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar