Daha bir marşrut xəttində ödəniş kartla olacaq
26 may 2021 12:18 (UTC +04:00)

Daha bir marşrut xəttində ödəniş kartla olacaq

Mayın 27-dən 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Oxşar yazılar