Daha bir çörək sexində NÖQSANLAR AŞKARLANDI
22 may 2021 11:48 (UTC +04:00)

Daha bir çörək sexində NÖQSANLAR AŞKARLANDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Lent.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Qax şəhəri, İ. Mustafayev küçəsində yerləşən, Əlicanov Yaşar Əziz oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının hisdən qaraldığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar